158
07:24
26 İyul 2018

Abşeronda maşın piyadanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az -ın “Report”a istinadən xəbərinə görə, 1987-ci il təvəllüdlü Abdullayev Filman Hüseyn oğlu magistral şosenin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu Orxan Məmmədovun idarə etdiyi 10-VT-321 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sürücü hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili isə cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı ekspertiza təyin edilib. Cinayət işi başlanılıb.