125
00:31
26 İyul 2018

Şirvanda azyaşlını yük maşını vurdu

Şirvanda yük maşını azyaşlı uşağı vurub.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı, “18 BE 990” dövlət nömrə nişanlı yük avtomobili 2014-cü il təvəllüdlü İbadov Sinan Elşən oğlunu vurub.

Ağır kəllə-beyin travması alan azyaşlı Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.