295
22:25
23 İyul 2018

5 yaşlı uşağı maşın vurdu - Tovuzda

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az -ın “report”a istinadən xəbərinə görə, hadisə rayonun Əsrik Cırdaxan kənd yolunda baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əhmədov Nihad Əhməd oğlunu maşın vurub. Yaralı piyada rayon xəstəxanasına aparılıb, ilkin yardımdan sonra Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.