115
12:36
23 İyul 2018

Bakının mərkəzində oğurluqla məşğul olanlar tutuldu

Bakıda oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə,

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən İkin Rüstəmov saxlanılıb.

Bölmə əməkdaşların keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisindəki mağazaların birindən 670 manat oğurlamaqda şübhəli bilinən Şahmurad Xudaverdiyev və Gəncə şəhər sakini Andrey Mirasliçenko saxlanılıb.