127
06:43
23 İyul 2018

Elektrik mişarı ilə özünü kəsdi

Tovuz sakini elektrik mişarı ilə iş görən zaman özünə xəsarət yetirib. APA -nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini 1993-cü il təvəllüdlü Elmar Bədəlov həyətində elektrik mişarla iş görən zaman ehtiyatsızlıq nəticəsində döş qəfəsindən xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin normal olduğu bildirilir.