108
23:12
22 İyul 2018

Təcili tibbi yardım maşını qəzaya düşdü, yaralılar var - YENİLƏNİB

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var. APA -nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan “VAZ 21015” ilə “QAZel” markalı təcili tibbi yardım avtomobilinin toqquşması nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar 1984-cü il təvəllüdlü Əliyev Elnur Vaqif oğlu və 1989-cu il təvəllüdlü Əhmədzadə Əhməd Elman oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.