330
17:05
08 İyul 2018

Ehtiyatsızlıqdan yük maşınının altında qalıb öldü

Tovuz sakinini avtomobil vuraraq öldürüb.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonunu Ağdam kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini 1973-cü il təvəllüdlü Hacıyev İsmixan İdoş oğlu ehtiyatsızlıq nəticəsində arxaya hərəkətdə olan yük avtomobilinin altında qalıb. İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.