157
02:42
17 İyun 2018

İŞİD-çi özünü partlatdı: 26 ölü

Əfqanıstanın Nanqarhar əyalətində kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 26 nəfər ölüb, 50-dən çoxu xəsarət alıb.

APA-nın “Tolo News”a istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Partlayış taliblərin və təhlükəsizlik orqanlarının nümayəndələrinin birgə tədbirində terrorçu-kamikadze tərəfindən törədilib.