142
11:28
05 İyun 2018

Fahişəxana saxlayan qadına AĞIR CƏZA

İnsan alverində ittiham edilən Arifə Sadıqovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az -ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın icraatında olan məhkəmə prosesində hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Arifə Sadıqova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, ittihama görə, Arifə Sadıqovanın Bakı şəhəri A.Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Bildirilir ki, Arifə Sadıqova həmçinin tanışı Aynurə Hüseynovanı qaçıraraq, fahişəliyə cəlb etmək istəyib.

Zərərçəkənin şikayəti əsasında həbs edilən Arifə Sadıqova saxlanılıb.