341
12:49
31 May 2018

Xatirədən müzakirələrə səbəb olacaq SÖZLƏR: "Hamı ona yaltaqlanır"

Müğənni Xatirə İslam “Hər şey daxil” verilişində müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az -ın məlumatına görə, ifaçı bildirib ki, insanlar vəzifəli və imkanlı şəxs görəndə yaltaqlıq edir:

“Bilmirəm fikir vermisiz, ya yox, imkanlı, vəzifəli şəxs məclisə girəndə hamı ona yaltaqlanır”. Bu məqamda müğənni Vasif Məhərrəmli X.İslamın sözlərini yarımçıq kəsib və onun fikrinə etiraz edib: “Hamı yox, bəziləri”.

Xatirə isə sözündən dönməyib: “Elə sözüm hamıya aiddi. Yadında saxla, heç görmüsən ki, kimsə gedib masada kasıb adamla görüşsün? Bu, həyatın qanunudur”.

Qeyd edək ki, X.İslamı bu sözlərinə görə sosial şəbəkədə tənqid atəşinə tutublar.