130
11:32
30 May 2018

Aşıq Namiqə pul "atan"lara ŞƏRTİ CƏZA

Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, hər iki şəxsə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxış edərək R.Babayevin 8 il və E.Həsənovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, hər iki şəxsin məhkəmə zalından həbs edilməsini tələb etmişdi.

Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq, 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adına kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq pulu şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.

Hər iki şəxsə polis nəzarətində qətimkan tədbiri seçilib.

Zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur.