248
21:28
29 May 2018

"Neftçi" baş məşqçisini qovdu

"Neftçi"də baş məşqçi istefası reallaşıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əvəzedici komandanın baş məşqçisi Vadar Nuriyevlə yollar ayrılıb.

Onunla və məşqçi heyəti ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, bu ilin yanvarında baş məşqçi postuna təyin olunmuş Vadar Nuriyevin komandası mövsümü 7-ci pillədə başa vurub.