104
21:14
28 May 2018

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

28 may Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Tbilisidə televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, teleqüllədə axşam saatlarından başlayaraq yaşıl, qırmızı və göy işıqlar yandırılıb.