246
10:10
26 May 2018

Gədəbəydə qətl törədən şəxs tutuldu - YENİLƏNİB

Gədəbəydə qətl törədən gənc saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən rayonun Kiçik Qaramurad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədəli Şakir oğlu Cəfərli tutulub.

Onun hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir.

***

03:48

Gədəbəydə bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən axşam xəstəxanaya yerləşdirilən rayonun Böyük Qaramurad kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

E.Quliyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Gədəbəydə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Böyük Qaramurad kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu bıçaqlanaraq yolun kənarında uzanmış vəziyyətdə aşkarlanıb. O əvvəlcə Gədəbəy rayon Mərkəzi xəstəxanaya, oradan isə Gəncədə olan tibb ocaqlarının birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir. E. Quliyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.