83
11:47
23 May 2018

"Bakubus"un avtobusu ağır qəza törətdi: piyada ölümcül vəziyyətdədir

Bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda sərnişin avtobusu piyadanı vurub. Lent.az xəbər verir ki, Təbriz küçəsində - Dillər Universitetinin korpusunun qarşısında "BakuBus" MMC-yə məxsus olan və 5 saylı marşrut xətti üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu vurub.

Ağır kəllə-beyin travması alan 33 yaşlı kişi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.