187
16:29
22 May 2018

AzTU-da struktur dəyişikliyi olub

Azərbaycan Texniki Universitetində (AzTU) struktur dəyişikliyi baş verib. AzTU-nun mətbuat xidmətindən Lent.az -a daxil olan məlumatda bildirilir ki, Elmi Şuranın qərarı ilə universitetin Beynəlxalq Əlaqələr Şöbəsi və Xarici tələbələr üzrə dekanlığın bazasında yeni struktur - Beynəlxalq Əlaqələr Departamenti yaradılıb.

Bildirilib ki, AzTU-nun Beynəlxalq Əlaqələr Departamenti Xarici universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, Əcnəbi tələbələrin təhsili və Layihələr və mübadilə proqramları şöbələrindən ibarətdir.