72
13:09
22 May 2018

Şəhid əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Medal sabah Ağstafa rayonu Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.

APA