176
00:08
15 May 2018

Ərdoğan: “İsrail terrorçu dövlətdir”

İsrail terrorçu dövlətdir.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“İsrail dövləti terror həyata keçirir. İsrail terrorçu dövlətdir”, deyə Ərdoğan bildirib.

O, İsrail hökumətinin Qəzzadakı hərəkətlərinin soyqırımı olduğunu bəyan edib.