115
23:44
14 May 2018

İtaliyanın yeni baş məşqçisi bəlli oldu

Sankt-Peterburqun “Zenit” klubunun sabiq baş məşqçisi Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

APA-nın məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidmətindən bildirilib.

R.Mançini ilə müqavilənin şərtləri hələ ki, açıqlanmır. Yeni baş məşqçinin rəsmi təqdimatı mayın 15-də keçiriləcək.