92
06:13
14 May 2018

Masallı və Xırdalanda yanğın

Bu gecə Masallı və Abşeron rayonlarında yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonunun Həsənli kəndində ümumi sahəsi 204 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və dəhlizin tavanı 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonunun Xırdalan şəhərində isə bir dam altında tikilmiş, ümumi sahəsi 286 m² olan birmərtəbəli 3 evin dam örtüyünün yanar konstruksiyaları və taxta atmaları 120 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.