121
23:57
13 May 2018

Qatar 36 yaşlı kişini vurub öldürdü - Sabirabadda

Sabirabad rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zalqaraağac kəndi ərazisində keçən dəmir yol xəttində baş verib.

Qatar kənd sakini, 1982-ci il təvəllüdlü Cavadov Rahil Əlihüseyn oğlunu vurub.

Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən R.Cavadovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.