96
23:12
13 May 2018

Atatürk hava limanında təyyarələr toqquşdu

Türkiyənin Atatürk hava limanında “Airbus 721” tipli təyyarənin quyruğuna Cənubi Koreyanın “Air Asiana” şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.

Lent.az -ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarəyə ziyan dəyib.