152
07:44
11 May 2018

Yük maşını aşdı: sürücü öldü

Göygöldə yük avtomobilinin aşması nəticəsində sürücü ölüb. APA -nın qərb bürosunun verdiyi xəbərə görə, qəza Göygöl şəhərindən Toğanalı kəndi istiqamətində gedən yolda baş verib.

Rayon sakini 1994-cü il təvəllüdlü Aydınov Seymurun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.