150
06:38
29 Aprel 2018

Bu gün Yerevanda irimiqyaslı mitinq keçiriləcək

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan aprelin 29-dan Yerevanda etiraz aksiyalarına yenidən start veriləcəyini bəyan edib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan mitinqin daha irimiqyaslı olacağına əminliyini bildirib.

Qeyd edək ki, Paşinyan paytaxt Yerevanda etiraz aksiyalarına ikigünlük (27-28 aprel) fasilə verərək, Gümrü və Vanadzor da daxil olmaqla ölkənin bir neçə bölgəsinə səfər edib.

Xatırladaq ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.