57
03:06
29 Aprel 2018

Malidə terrorçular 40 nəfəri öldürdü

Malidə silahlı dini radikalların tuareq tayfalarına iki hücumu nəticəsində 40 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Röyters”ə silahlı qarşıdurmanın baş verdiyi Menaka rayonunun qubernatoru Dauda Mayqa bildirib.

Qubernatorun sözlərinə görə, hücumlar səhradakı ucqar kəndlərə törədilib.