95
02:11
24 Aprel 2018

Bakıda maşın aşdı: 2 yaralı

Aeroport yolunun paytaxtın Sabunçu rayonu ərazisinə düşən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Lent.az -ın “report”a istinadən xəbərinə görə, Rusiya dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin səkiyə dəyərək aşması nəticəsində sürücü və onun qadın sərnişini yüngül bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.