193
02:39
22 Aprel 2018

Mikroavtobus "VAZ"la toqquşdu: yaralananlar var - YENİLƏNİB

Goranboyda mikroavtobus və "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxslərin kimliyi bəlli olub. APA -nın xəbərinə görə, vəziyyəti ağır olan şəxs 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğludur, vəziyyətləri kafi olan - 1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu, 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğludur.

Faktla bağlı araşdırma aparılır.

****** 02.39

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA -nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus və "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.