88
21:21
19 Aprel 2018

Ermənistan müxalifəti İrəvanda mitinq keçirir

Ermənistan paytaxtı Yerevanın mərkəzindəki Respublika meydanında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən müxalifət yenidən mitinq təşkil edib. APA -nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, yağışa baxmayaraq, aksiyaya xeyli sayda etirazçı toplaşıb. Polis qüvvələri hökumət binasını güclü mühafizə etməkdə davam edir. Bundan əvvəl Serj Sarkisyan baş nazir qismində hökumətin ilk iclasını keçirib. Aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.