101
02:05
17 Aprel 2018

57 yaşlı kişi kanalda boğuldu

Saatlı rayonunda suda boğulma hadisəsi baş verib.

Lent.az -ın “report”a istinadən xəbərinə görə, şəhər sakini, 1961-ci il təvəllüdlü İlham Abdulla oğlu Abdullayev Babək küçəsinin yaxınlığından keçən su kanalına düşərək boğulub.

Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.