104
09:50
13 Aprel 2018

Külli miqdarda borcu olan şəxs özünü bulvarda öldürmək istədi - YENİLƏNİB

Ötən gecə Bakı bulvarında özünü dənizə ataraq intihar etmək istəyən şəxslə bağlı bəzi məqamlar məlum olub. Lent.az xəbər verir ki, suda boğulmaq üzrəykən xilas edilən 1992-ci il təvəllüdlü Pənahov Rəhim Hicran oğlunun Kürdəmir sakini olması və maddi problemlərinin olduğu üzə çıxıb. Xilas edildikdən sonra polis bölməsinə aparılan R.Pənahov Kürdəmirdə müxtəlif şəxslərə külli miqdarda borcunun olduğunu və bu səbəbdən həyatına son qoymaq istədiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

*****

7:30

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb. Lent.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1992-ci il təvəllüdlü Pənahov Rəhim Nizam oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.