179
21:33
31 Mart 2018

Meşədə asılmış meyit tapıldı

Lerikdə meşədə asılmış kişi meyiti tapılıb. APA -nın cənub bürosunun məlumatına görə, meyit kənd sakinləri tərəfindən aşkar olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda onun kimliyi araşdırılır.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə gətirilir.