90
00:08
31 Mart 2018

Salyan sakini odlu silahla yaralandı - YENİLƏNİB

Salyanda “Şirvan” milli parkı yaxınlığında ov tüfəngindən açılan atəş nəticəsində yaralanan şəxsin kimliyi bilinib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu, parkın əməkdaşı, Salyan rayon sakini 1961-ci il təvəllüdlü Xalıqov İltifat Şirəli oğludur.

Onun həyatına təhlükə olmadığı bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.

***

Salyan rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Salyan rayonu ərazisində, “Şirvan” milli parkı yaxınlığında qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.