148
21:12
28 Mart 2018

Neftçalada tikintidə bədbəxt hadisə: - 1 ölü, 1 yaralı

Neftçalada tikintidə bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.

Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.