99
17:13
27 Mart 2018

Bu il Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək

“Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək”.

PA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında deyib.

“Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır”, - deyə o vurğulayıb.