79
01:53
26 Mart 2018

2 yaşlı uşağın üstünə qaynar su töküldü - Sumqayıtda

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

Lent.az -ın “report”a istinadən xəbərinə görə, şəhərin 4-cü mikrorayon, ev 25/6A , mənzil 37-də yaşayan 2016-cı il təvəllüdlü Məmmədov Əmir Elmir oğlunun üzərinə qaynar su dağılıb.

Hadisə uşağın mətbəxdə nəzarətsiz qaldığı vaxtda baş verib. Azyaşlının üzərinə dağılan qaynar su onun bədəninin müxtəlif nahiyələrinin yanması ilə nəticələnib. 2 yaşlı uşaq dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 2 yaşlı Əmir Məmmədovun vəziyyəti qənaətbəxşdir və tam nəzarət altında müalicəsini davam etdirir.