73
05:51
24 Mart 2018

Ev yandı: 2-si uşaq olmaqla 5 nəfər yanaraq öldü

Rusiyanın Kamçatka diyarında fərdi evdə güclü yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Petropavlovsk-Kamçatsk şəhərində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 5 nəfərin, o cümlədən 2 və 9 yaşlı uşağın yanmış meyiti aşkarlanıb.

İlkin versiyaya görə, yanğına səbəb elektrik xəttində qısa qapanma olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.