88
20:09
23 Mart 2018

Əfqanıstanda partlayış - 15 ölü, 50 yaralı

Əfqanıstanın Ləşkərgah şəhərində (Gilmənd əyaləti) güclü partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 15 nəfər ölüb, 50 nəfər yaralanıb.

Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. Tolo News telekanalının məlumatına görə, insident stadion yaxınlığında baş verib.