87
18:40
23 Mart 2018

Fransada insanları girov götürən terrorçu öldürülüb

Fransanın Treb şəhərində supermarketə hücum etmiş terrorçu öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə Fransanın daxili işlər naziri Jerar Kolon öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, insanları girov götürmüş terrorçu güllələnib.
Danışıqlar nəticə vermədikdən sonra xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu ləğv edilib.
Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.