189
18:00
23 Mart 2018

Məmmədyarov Soya qarşı - YENİLƏNİB

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün XI turun oyunları keçiriləcək.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov autsayderlər zonasında qərarlaşan rəqibi ilə üz-üzə gələcək. Belə ki, şahmatçımız ABŞ-lı Uesli So ilə görüşəcək. Məmmədyarov qara fiqurlarla mübarizə aparacaq.
Bu şahmatçıların ilk dövrədəki duelində bərabərlik qeydə alınıb.
İddiaçılar turniri
XI tur
Liren Dinq (2769, Çin) - Aleksandr Qrişuk (2767, Rusiya)
Uesli So (2799, ABŞ) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan)
Fabiano Karuana (2784, ABŞ) - Vladimir Kramnik (2800, Rusiya)
Levon Aronyan (2794, Ermənistan) - Sergey Karyakin (2763, Rusiya)
Turnir cədvəli: Karuana - 6,5 xal; Məmmədyarov - 6; Qrişuk – 5,5; Dinq, Karyakin - 5; Kramnik – 4,5; So - 4; Aronyan – 3,5