84
12:09
21 Mart 2018

Biləsuvardakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşdi - YENİLƏNİB

Biləsuvarda ötən gecə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəzada ağır xəsarət alan Biləsuvar rayonunun Bəydili kənd sakini, 1972-ci il təvəllüdlü, Zahid Balaqardaş oğlu Dadaşov xəstəxanada dünyasını dəyişib.

Qəzada 1998-ci il təvəllüdlü Tağı Musa oğlu Ağazadə və onun həmyaşıdı olan Bakı şəhər sakini, Nurlan Elxan oğlu Novruzov yaralanıb.

****

23:29

Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. APA -nın cənub bürosunun məlumatına görə, iki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Ölən şəxsin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Hələlik ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

**** 21.55

Biləsuvarda yol qəzası baş verib. APA -nın cənub bürosunun məlumatına görə, minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan şəxslərin kimliyi araşdırılır.