73
21:37
16 Mart 2018

76 yaşlı kişini maşın vurub öldürdü - Gəncədə

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

APA-nın məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Bayramov Knyazı vurub.

Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.