205
16:34
15 Mart 2018

Putin 12 yaşlı uşağın qeyri-adi arzusunu yerinə yetirdi

Rusiyanın Yaroslav vilayətindən məktəbli ölkə başçısından qeyri-adi hədiyyə istəyib. Lent.az -ın vesti.ru-ya istinadən məlumatına görə, 12 yaşlı İlya Medvedyev Vladimir Putinə məktub yazaraq xahiş edib ki, prezident ona it hədiyyə etsin.

İlyanın bu məktubu cavabsız qalmayıb. Putin oğlana İsveç cinsindən ağ ovçarka göndərib.

İti İlyaya şəhər meri Vladimir Slepçov çatdırıb.

3 yaşından itinin olmasını arzulayan oğlan sevincini belə ifadə edib: “Mən inanmırdım ki, arzum gerçəkləşəcək. Məhz bu cins itdən istəyirdim. Artıq bizim ailənin yeni üzvü var”.