138
07:37
15 Mart 2018

Avropa Liqasında 1/4 finalçılar bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq matçlardan sonra bütün 1/4 finalçılar müəyyənləşəcək.

Günə Rusiyada start veriləcək. İlk görüşdə "Atletiko"ya 0:3 hesabı ilə uduzan "Lokomotiv" doğma meydanda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Evdə "Arsenal"la bacarmayan "Milan" isə səfərdə rəqibindən revanş almaq niyyətindədir.

Turnirin güclü komandalarından hesab olunan "Borussiya" ilk görüşdə gözlənilmədən doğma azarkeşləri önündə "Zalsburq"a uduzmuşdu. Dortmund təmsilçisi Avstriyadakı qarşılaşmada lazım olan nəticəni qazanmaqla, sensasiyaya imkan verməmək arzusundadı. "Atletik" - "Marsel", "Dinamo" - "Latsio" və "Zenit" - "Leyptsiq" matçlarına da maraq az deyil.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

20:00 “Lokomotiv” (Rusiya) - “Atletiko” (İspaniya)

İlk oyun: 0:3

22:00 "Atletik" (İspaniya) - “Marsel” (Fransa)

İlk oyun: 1:3

22:00 “Dinamo” (Kiyev, Ukrayna) - "Latsio” (İtaliya)

İlk oyun: 2:2

22:00 "Viktoriya" (Plzen, Çexiya) - “Sportinq” (Portuqaliya)

İlk oyun: 0:2

22:00 “Zenit” (Rusiya) - “Leyptsiq” (Almaniya)

İlk oyun: 1:2

00:05. “Arsenal” (İngiltərə) - “Milan” (İtaliya)

İlk oyun: 2:0

00:05. “Zalsburq” (Avstriya) - “Borussiya" D. (Almaniya)

İlk oyun: 2:1

00:05. "Lion" (Fransa) - MOİK (Rusiya)

İlk oyun: 1:0