74
06:46
15 Mart 2018

ABŞ-da hərbi təyyarə qəzaya düşdü, pilotlar öldü - YENİLƏNİB

Florida ştatında hərbi baza yaxınlığında qəzaya uğrayan “F/A-18 Hornet” qırıcı təyyarəsinin iki ekipaj üzvü ölüb.

APA-nın məlumatına görə, bu barədə CBS News xəbər verib.

Bundan əvvəl katapult edən pilotların xəstəxanaya yerləşdirildiyi bildirilirdi. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, hərbi təyyarə səmada alovlanıb və uçuş-enmə zolağına çatmamış suya düşüb.

Fox News-un məlumatına əsasən, qırıcının qəzaya uğramasına səbəb mühərrikin sıradan çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

***

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F/A-18 Hornet” qırıcı təyyarə Florida ştatı sahillərində qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər verib.

İlkin məlumatlara görə, pilotlar katapult edə biliblər. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.