54
02:32
15 Yanvar 2018

Qubernator korrupsiyaya görə tutuldu

Misirdə Mənufiyə əyalətinin qubernatoru Hişam Abdel Baset və bir qrup sahibkar korrupsiyada ittiham olunaraq saxlanılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, saxlanılmaya səbəb əyalət rəhbərinin sahibkarlardan birinə qeyri-qanuni şəkildə torpaq sahəsi verməsi olub.

Araşdırma zamanı qubernator tərəfindən törədilmiş digər korrupsiya cinayətləri ifşa edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.