77
15:11
17 Avqust 2017

Kəmaləddin Heydərov yenidən o qurumun vitse-prezidenti oldu

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib. Apasport.az saytının məlumatına görə, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

Belə ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.