Azərbaycanda yol qırğını: 4 ölü, 16 yaralı

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib. Lent.az xəbər verir ki, dünən səhərdən bu gün səhərədək respublikada ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirənlərdən başqa daha 16 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Ölümlə nəticələnən qəzalardan ikisi Bakıda, digər ikisi isə Şəki və İmişli rayonlarında qeydə alınıb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>