Bir-birinə bitişik evlər yandı

Gəncədə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin satına istinadən verdiyi xəbərə görə,  yanğın şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları 80 m2 sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>