Boksçumuz qızıl medalını prezidentdən aldı - FOTO

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boks millimizə ilk qızıl medalı Cavid Çələbiyev qazandırıb. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə iraqlı Ammar Karbalaiyə qalib gəlib.

 

Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Çələbiyevə qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb. 

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>