Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdirilir - YAXINI DANIŞDI

 

Akademik Milli Dram Teatrının bir müddət öncə xəstəxanadan evə buraxılan aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdiriləcək. Bu barədə Lent.az-a xalq artistinin qızı, müğənni Səidə Dadaşova xəbər verib. O bildirib ki, atasının vəziyyəti normal olsa da, xəstəxana şəraitində müalicə olunmağına ehtiyac var: “Şükürlər olsun, atamın vəziyyəti yaxşılaşır. Yəni bir az özünə diqqət etməlidir. İndi ev şəraitində müalicə olunur. Amma artıq sabahdan Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanasına yerləşdirməyi düşünürük. Çünki müalicə həkimi onu ora yazıb”.

 

S.Dadaşova bildirib ki, R.Dadaşov bu vəziyyətdə mətbuata müsahibə vermək istəmir: “Özü bu vəziyyətdə görünmək istəmir. Çünki sənətkar olaraq hər zaman tamaşaçıların gözündə necə qalıbsa, elə də qalmaq istəyir. İnşallah, yaxşı olsun, müsahibə verəcək”.

 

Qeyd edək ki, xalq artisti Rafael Dadaşov mayın 8-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.  

LENT

25 May 2017

Digər xəbərlər >>>